Modern.az

DİN Beyləqandakı hadisənin təfərrüatlarını açıqladı

DİN Beyləqandakı hadisənin təfərrüatlarını açıqladı

Təhsil

22 Oktyabr 2012, 12:33

Daxili İşlər Nazirliyi Beyləqan rayonunda Ovçular Cəmiyyətinin sədrinin öldürülməsi ilə nəticələnən hadisə barədə rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  oktyabrın 21-də Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra "VAZ-2106" və 2 ədəd "Niva" markalı avtomaşınlarda getmələri barədə məlumat verib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov və onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəliblər. E.Süleymanov onlardan tüfənglərini təhvil vermələrini tələb edib. Tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb. Nəticədə, A.Süleymanov aldığı xəsarətdən ölüb, R.Alxanov və Ə.Cəfərov xəsarət alıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi