Modern.az

Hökumət QHT Şurasına büdcədən ayıracağı vəsaiti xeyli artırdı

Hökumət QHT Şurasına büdcədən ayıracağı vəsaiti xeyli artırdı

22 Oktyabr 2012, 12:41

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği builkindən çoxdur.

Əgər 2012-ci ilin büdcə zərfində ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinin inkişafı istiqamətində milli qeyri-hökumət təşkilatlarının daha səmərəli iştirakını təmin etmək, həmçinin qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədilə dövlət büdcəsində 2 milyon 808 min 960 manat manat vəsait ayrılmışdısa, gələn il bu məbləğ 3 milyon 210 min 240 manat olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu