Modern.az

Bir gündə 10 mindən çox insan virusdan ölüb

Bir gündə 10 mindən çox insan virusdan ölüb

Dünya

6 Avqust 2021, 08:06

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 705 min nəfər artıb.


Modern.az xəbər verir ki, ötən sutka ərzində 704 min 811 nəfər koronavirusa yoluxub, 10 min 392 nəfər dünyasını dəyişib.

 

Bununla da virusa yoluxanların ümumi sayı 201 milyon 646 min 898, ölənlər isə 4 milyon 279 min 485 nəfərə çatıb.

 


Dünyada ən çox yoluxma halı ABŞ (36,3 milyon), Hindistan (31,8 milyon), Braziliya (20 milyon), Rusiya (6,3 milyon), Fransa (6,2 milyon), Böyük Britaniya (5,9 milyon) və Türkiyədə (5,8 milyon) qeydə alınıb.

 


Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu