Alyaskanın Ketçikan şəhəri yaxınlığında "Southeast Aviation" şirkətinə məxsus kiçiktutumlu təyyarə qəzaya uğrayıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sahil mühafizəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan pilot və beş sərnişin həlak olub.
Hadisənin səbəbi hələlik məlum deyil. Ehtimal edilir ki, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.