Modern.az

Ağsudakı yanğın məhdudlaşdırılıb - VİDEO

Ağsudakı yanğın məhdudlaşdırılıb - VİDEO

Hadisə

6 Avqust 2021, 14:41

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər