Modern.az

Hüquq müdafiəçisi Əli İnsanovdan danışdı

Hüquq müdafiəçisi Əli İnsanovdan danışdı

Təhsil

22 Oktyabr 2012, 15:49

Hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu və Səadət Bənənyarlı hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovla  görüşüblər. Bu barədə Modern.az saytına Səidə Qocamanlı məlumat verib.  O, bildirib ki, hüquq müdafiəçiləri həbsxanalarda növbəti monitoriqlərə başlayıb. S.Qocamanlının sözlərinə görə, ilk monitorinq eks-nazir Əli İnsanovun cəza çəkdiyi 13 saylı həbsxanadan başlanılıb.

“Biz yenidən monitorinqlərə başlamışıq. Biz həbsxanalarda monitorinqləri ilboyu bir neçə dəfə aparırıq. Bu yaxınlarda da biz 13 saylı cəzaçəkmə müəssisəsində yoxlamalara başladıq.  Bundan başqa digərlərinə də gedəcəyik. Planlaşdırmışıq ki, ilin sonuna kimi daha iki həbsxanada monitorinq aparaq. Bu zaman Əli İnsanovla da görüşdük. Vəziyyətində heç bir problem yox idi. Bu ayın sonunda Fərhad Əliyevin olduğu həbsxanaya da baş çəkəcəyik”, - deyə S.Qocamanlı bildirib.

Qeyd edək ki, keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.

2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi