Ukrayna 2030-cu ilədək öz kosmik sənayesini inkişaf etdirəcək və kosmik turizm xidmətləri göstərməyə başlayacaq.
Modern.az xəbər verir ki, bunu ölkənin Dövlət Kosmik Agentliyinin rəhbəri Vladimir Taftay bildirib.
O, növbəti 10 ildə bunun mümkün olacağını söyləyib.
Taftay, həmçinin kosmik turizmin qiymətlərinin tədricən aşağı düşəcəyini qeyd edib.