Modern.az

“Elgizli Axşamlar” bağlanmayacaq - ANS-dən MTRŞ sədrinə cavab

“Elgizli Axşamlar” bağlanmayacaq - ANS-dən MTRŞ sədrinə cavab

Təhsil

22 Oktyabr 2012, 16:29

“Elgizli axşamlar” verilişinin bağlanılması gözlənilmir. Bu barədə Modern.az-a ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov deyib:
“Nuşirəvan Məhərrəmli istəyir ki, “Elgizli Axşamlar“ verilişi olmasın. Bu, onun istəyidir, amma biz onun istəyini yerinə yetirə bilmərik. “ Elgizli axşamlar” verilişi öz fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, bir müddət öncə Milli Teleradio Yayım Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirmişdi ki, “Elgizli axşamlar”  tipli verilişlər arzuolunan deyil:
“Ən yaralı yerimizdən biri problemli ailələr üzərində tok-şouların qurulmasıdır. Çox təəssüf ki, bəzi televiziya kanalları bunu əllərində bayraq tutur və belə verilişlər hazırlayırlar. Süni şəkildə bununla bağlı gərginlik yaradırlar. Əgər jurnalist araşdırma aparırsa, dava səhnələri orada olmamalıdır. Bunlar isə o səhnələri ən ağır formada həyata keçirirlər. Bəzən söyüşlər, təhqirlər həddi aşır. Qanunvericilik imkan versəydi, “Elgizli axşamlar” kimi verilişləri bu dəqiqə bağlayardıq”

  Nihadə Eyyubova  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi