Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsi sabah deputat Rafael Cəbrayılovun hazırladığı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliyi müzakirə edəcək. Bu barədə Modern.az saytına komitənin üzvü Fəzail Ağamalı məlumat verib.
Qeyd edək ki, deputat Rafael Cəbrayılov “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna etdiyi əlavə və dəyişiklikləri oktyabrın 16-da Milli Məclis Aparatına təqdim edib. Sözügedən qanun layihəsinə görə, ölkədə icazəsiz keçirilən mitinq və aksiya iştirakçıları külli miqdarda cərimələnəcəklər.
Anar RÜSTƏMOV