Modern.az

20 oktyabr aksiyasında tutulanlarla bağlı prezidentə müraciət olundu

20 oktyabr aksiyasında tutulanlarla bağlı prezidentə müraciət olundu

Təhsil

22 Oktyabr 2012, 18:15

Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupu müxalifyönlü gənclərin 20 oktyabr aksiyasında həbs olunanların azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

- Hörmətli cənab Prezident!

Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupu Sizə müraciət edərək müsəlman dünyasının müqəddəs Qurban Bayramı ərəfəsində humanistlik göstərərək 20 oktyabr 2012-ci ildə gənclərin keçirməyə cəhd etdikləri aksiyada həbs olunan 12 nəfər gəncin azadlığa buraxılmasını xahiş edir.

Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri:

Novella Cəfərova – D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri
Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri
Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Müdafiə Təşkilatının Azərbaycan bölməsinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi