Modern.az

Braziliyada son sutkada 43 min insan virusa yoluxdu

Braziliyada son sutkada 43 min insan virusa yoluxdu

8 Avqust 2021, 09:46

Braziliyada son sutka ərzində daha 43 033 nəfərin koronavirus infeksiyasına yoluxması, 990 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 151 779 nəfər yoluxub. Bu müddət ərzində 562 752 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 18 894 631 xəstə müalicə olunaraq sağalıb.

 
 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal