Modern.az

Belarus “düşmən ölkələrin” məhsullarını boykot etdi

Belarus “düşmən ölkələrin” məhsullarını boykot etdi

Hadisə

8 Avqust 2021, 15:27

Belarusda ölkə üzrə bütün mağazalardan Ukrayna, Litva və Polşadan gətirilən məhsulların rəflərdən yığışdırılması tələb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin rəhbəri Vladimir Kuxarev deyib.

 

Kuxarev qeyd edib ki, iyulun 27-də Minskdə fəaliyyət göstərən ticarət şəbəkələrinin nümayəndələri ilə görüş keçirilib və onlara bununla bağlı ciddi tapşırıqlar verilib:

 

"Biz onlara açıq şəkildə sual verdik: nə baş verir? Bu gün bir sıra ölkələr bizə qarşı sanksiyalar tətbiq edib - Ukrayna, Litva, Polşa. Bu ölkələrin məhsulları isə mağazalarda ən yaxşı rəflərdə yerləşdirilir! Buna görə də şəbəkələrə sərt şəkildə dedik: ya vəziyyət dəyişir, ya da öz tərəfimizdən tədbirlər görəcəyik. Düşünürəm ki, belə bir qərar ölkə səviyyəsində verilməlidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər