Hacıqabul rayonunun Qubalı kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli (hər mərtəbəsi 144 m²) 6 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları, evin damına yığılan 100 ədəd, evə bitişik yığılan 300 ədəd taxta taralar və yaxınlıqda ümumi sahəsi 150 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.
Modern.az xəbər verir ki, bu barədə FHN-in məlumatında qeyd olunub.
Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.