Modern.az

Bayram Səfərovdan Söyün Sadıqova dəstək: “Ermənilərlə bu görüş bizim üçün çox önəmlidir”

Bayram Səfərovdan Söyün Sadıqova dəstək: “Ermənilərlə bu görüş bizim üçün çox önəmlidir”

Təhsil

23 Oktyabr 2012, 11:57

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bu gün Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı (“AzerRoss”) ilə Rusiya Erməni İttifaqı arasında keçiriləcək görüşə münasibət bildirib. İcra rəhbəri Modern.az-a açıqlamasında Azərbaycan və Erməni diaspor təşkilatların Rusiyada təşkil olunan dialoqu müsbət qiymətləndirərək görüş təşkilatçılarına minnətdarlığını bildirib.

“Mən şəxsən bu kimi görüşləri çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu bizim üçün çox önəmlidir. Erməni tərəfi belə görüşlərdən boyun qaçırsalar da biz dəstəkləyirik. Bu baxımdan mən görüşü təşkil edən insanlara təşəkkürümü bildirirəm”, -deyə B.Səfərov münasibət bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı (“AzerRoss”)-  ilə Rusiya Erməni İttifaqı arasında keçiriləcək dəyirmi masa “Rusiyanın azərbaycanlı və erməni diasporu: millətlərarası dialoq” adı ilə keçiriləcək. Müzakirələrdə bir sıra məsələlər müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatı ("AzərRoss") təşkilatı 90-cı illərdən fəaliyyət göstərir. Qurumun rəhbəri Rusiyanın azərbaycanlı iş adamı Söyün Sadıqovdur.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi