“Bu ən azından Elçibəy şəxsiyyətinə hörmətsizlikdir”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa keçmiş silahdaşı, mərhum Əbülfəz Elçibəyin məzarının açılması ilə bağlı məsələyə münasibət bildirib. Millət vəkili Modern.az-a açıqlamasında eks-prezidentin məzarının açılmasının yolverilməz olduğunu və buna qəti şəkildə etiraz etdiyi bildirib. Onun sözlərinə görə, bu Elçibəy şəxsiyyətinə hörmətsizlikdir. “Məncə, bu yolverilməzdir. Məzarın açılması kifayət qədər əsas olmadan Elçibəy kimi şəxsiyyətli bir insanın ruhuna hörmətsiz yanaşma ola bilər. Düşünürəm ki, bu cür addımdan yayınmaq lazımdır. Ortada cinayət işi varsa belə, bu əsaslıdırsa belə, məsələ tam araşdırılandan sonra hansısa bir addımı atmaq olar. Amma indi bunu ictimaiyyətə açıqlamaq doğru deyil”, -deyə F.Mustafa bildirib.