Modern.az

Havalar yenidən soyuyacaq

Havalar yenidən soyuyacaq

Təhsil

23 Oktyabr 2012, 13:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  oktyabrın 23-dən 24-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 19-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 24-də günün ikinci yarısınadək Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlüyü ilə əlaqədar temperatur bir qədər aşağı enərək 19-22 dərəcə isti təşkil edəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi