Modern.az

Əfqanıstanda iki gündə 27 uşaq öldürülüb

Əfqanıstanda iki gündə 27 uşaq öldürülüb

9 Avqust 2021, 22:58

Əfqanıstanda son iki gündə “Taliban” qiyamçıları ilə ordu arasında baş verən şiddətli toqquşmalarda 27 uşaq öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT -nin hesabatında qeyd olunub.

 

Toqquşmalarda daha 136 uşağın yaralandığı bildirilir. Uşaqların bir çoxu Qəndəhər vilayətində həlak olub və ya yaralanıb.

 

Xatırladaq ki, BMT-nin Əfqanıstandakı Yardım Missiyası cari ilin ilk yarısında ölkədə 1659 mülki şəxsin həlak olduğunu, 3724 nəfərin yaralandığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal