Modern.az

Büdcədə təhsil xərcləri azalıb  

Büdcədə təhsil xərcləri azalıb  

Təhsil

10 Avqust 2021, 16:49

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq 1 milyard 363 milyon manat icra edilib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, təhsil xərcləri 1 milyard 450,1 milyon manat proqnoza qarşı 94 faiz və ya 87,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,6 faizini təşkil edib.

 

Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama