Modern.az

Nisə Qasımova ANS haqda daha danışmaq istəmir

Nisə Qasımova ANS haqda daha danışmaq istəmir

Təhsil

23 Oktyabr 2012, 16:07

Xalq artisti Nisə Qasımova ANS telekanalını məhkəməyə verəcəyini vəd etsə də, artıq bu barədə heç nə danışmaq istəmir. Modern.az-a açıqlamasında müğənni deyib: “Mən jurnalistlərə sözümü demişəm. Daha mətbuata heç nə danışmaq istəmirəm, bu qədər”.  

Qeyd edək ki, bir müddət əvvəl müğənni Nisə Qasımova oğlunun ANS telekanalında təhqir edildiyini, hətta bu səbəbdən də ANS telekanalını məhkəməyə verəcəyini deyib:

“ANS tərəfindən ailəm təhqir olunub. Televiziyada deyilib ki, qardaşım rəhmətə gedəndən sonra mən onun oğlunu övladlığa götürmüşəm. Mənim indiki ağlım olsaydı, müğənni olmazdım. ANS-dəki şou verilişlərin birində yayımlanan süjetdə bildirildi ki, Fətullah adlı oğlum guya cinsi azlıqlara aiddir. Siz təsəvvür edirsiniz, bu nə deməkdir? Mən şokdayam. Dünənki biabırçılıqdan sonra bir-birimizin üzünə baxa bilmirik, utandığımdan mən evə gedə bilmirəm. ANS telekanalı oğlumdan üzr istəməlidir, əks halda, telekanalı məhkəməyə verəcəyəm. ANS-ə iki gün vaxt verirəm”, – deyə N. Qasımava bildirib.

ANS telekanalından artıq xalq artistinə cavab gəlib. Qarşı tərəfə cavab olaraq bildirib ki, N.Qasımova süjeti bəyənməyibsə, onları məhkəməyə verə bilər.  

Nihadə Eyyubova
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi