Modern.az

Büdcənin dövlət xidmətləri ilə bağlı xərcləri azalıb

Büdcənin dövlət xidmətləri ilə bağlı xərcləri azalıb

İqtisadiyyat

10 Avqust 2021, 17:40

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin ümumi dövlət xidmətləri ilə bağlı xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz və ya 78,3 milyon manat azalaraq 1 milyard 694,5 milyon manat icra edilib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ümumi dövlət xidmətləri ilə bağlı xərclər 1 milyard 776,7 milyon manat proqnoza qarşı 95,4 faiz və ya 82,2 milyon manat kəsrlə icra edilərək illik proqnozun 40,7 faizini təşkil edib.

 

Cari ilin yanvar-iyun aylarında ümumi dövlət xidmətləri ilə bağlı xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə aprel və may aylarında çox, digər aylarda az icra edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular