Modern.az

Bəşər Əsədin qadın generalı müxalifətə qoşuldu - FOTO

Bəşər Əsədin qadın generalı müxalifətə qoşuldu - FOTO

Təhsil

23 Oktyabr 2012, 17:53

Suriya ordusunun keçmiş generalı Zubeydə Əl-Məəki  Suriya ordusundan ayrılmağını ictimaiyyətə elan edən ilk qadın general olub. Modern.az “Əl-Cəzirə”yə istinadən bildirir ki, Zübeydə Əl-Məəki  Suriya rejimi tərəfindən həyata keçirilən özünün “cinayət və vəhşiliklər” adlandlırdığı hərəkətləri gördükdən sonra ordudan ayrılmaq qərarına gəlib.
Ələvi mənşəli Əl-Məəki ordunun Bibiladakı diviziyasında fəaliyyət göstərib. Əl-Məəki Suriya ordusundan ayrılıb Azad Suriya Ordusuna qoşulmağı keçən ildən planladığını deyir. “Onlar mənim ordudan ayrıla biləcəyimdən şübhələndikdə, bizim evə hücum edib, evin qapısını qırdılar. 2012-ci ilin əvvələrində isə qardaşımı sağlamlıq adminstrasiyasındakı dövlət işindən qovdular.” Zübeydə deyib.

Ancaq Azad Suriya  Ordusu Bibilanın əsas hisəsini ələ keçirdikdən sonra Əl-Məəki Azad Suriya ordusu tərəfindən ələ keçirilmiş bir nöqtədən  Azad Suirya Ordusuna qoşulmaq istəyini bildirib.
ASO-nun Condollah (Allahın əsgərləri) batalyonun bir  üzvü  əvvəl Zübeydəyə inanmadıqlarını ancaq sorğuladıqdan sonra  ona inandıqlarını bildirib.
Türkiyəyə getmədən əvvəl Əl-Məəki Cond Allah batalyonu üçün 40-50 nəfər könüllüyə təlim keçib və onlar hazırda Əsəd ordusuna qarşı döyüşlərdə iştirak edirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi