Modern.az

Keçmiş döyüşçü: “Vaxtımızı torpaqlarımızın azad olunmasına sərf etməliyik, “Avo”nun müzakirəsinə yox”

Keçmiş döyüşçü: “Vaxtımızı torpaqlarımızın azad olunmasına sərf etməliyik,  “Avo”nun müzakirəsinə yox”

23 Oktyabr 2012, 18:19

Mətbuat erməni terrorçusu Monte Melkonyanı kimin öldürdüyü barədə keçmiş döyüşçülər arasında düşən qalmaqaldan yazır. Mediada davam edən mübahisələrə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev münasibət bildirib.

Füzuli Rzaquliyev Modern.az-a açıqlamasında deyib ki, onun üçün ən yaxşı erməni ölü ermənidi: “Bir arzum var ki, Allah mənə şans versin, bütün erməniləri təkbaşına  məhv edim. Ondan sonra kim nə deyir, nə yazır qoy yazsın!”.

AVMVB-nin sədri qeyd edib ki,  torpaqlarımız işğaldadır, düşmən torpaqlarımızda at oynadır: “Belə bir zamanda biz torpaqlarımızın işğaldan azad edilməsi barədə düşünməliyik. Mən torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş hər bir Vətən oğlu qarşısında baş əyirəm. Əsas odur ki, düşmənlərimizdən biri öldürülüb. Bunu müzakirəyə çıxarmağın mənasını başa düşmürəm. Bir daha bu müzakirəni açanlara müraciət edirəm ki, bizə torpaqlarımızı işğaldan azad etmək lazımdır. Vaxtımızı buna sərf etməliyik, Monte Melkonyanı kimin öldürdüyünə yox”.

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi