Modern.az

Baş Prokurorluq Elçibəyin məzarının açılması məsələsinə münasibət bildirdi

Baş Prokurorluq Elçibəyin məzarının açılması məsələsinə münasibət bildirdi

23 Oktyabr 2012, 19:34

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi ehtimalı olə bağlı açılmış cinayət işi üzrə mərhumun qəbrinin açıla biləcəyi barədə Modern.az-ın yaydığı məlumatlara Baş Prokurorluq münasibət bildirib.

Baş Prokuruluğun mətbuat xidmətindən Modern.az-a bildirlib ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 237-ci maddəsinə əsasən meyitin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.

“Ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələri meyitin qəbirdən çıxarılması istintaq hərəkətində iştirak edə bilərlər.

Cinayət-Prosessual qanunvericiliyində ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələrindən meyitin eksqumasiyası ilə bağlı razılıq alınmasına dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır.

Qeyd edilən cinayət işi üzrə mərhum eks-prezidentin meyitinin qəbirdən çıxarılması zərurəti yaranarsa həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi