Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezidentlər təyin edib.
Dövlət başçısının sərəncamları ilə Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov SOCAR-ın vitse-prezidenti təyin olunub.
Modern.az-ın məlumatına görə, Zaur Qurbanov yeni təyinatadək Azərbaycan İnvestisiya Holdinqinin Baş direktorunun müavini vəzifəsində çalışıb.
O daha əvvəl beynəlxalq audit şirkəti olan "Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi fəaliyyət göstərib.
SOCAR-ın digər vitse-prezidenti Kənan Nəcəfovun dosyesi ilə BURADAN tanış ola bilərsiniz.