Modern.az

Rusiyada 16 nəfərin olduğu helikopter qəzaya uğradı

Rusiyada 16 nəfərin olduğu helikopter qəzaya uğradı

12 Avqust 2021, 07:57

Rusiyanın Kamçatka bölgəsində “Mi-8” helikopteri qəzaya uğrayıb.


Modern.az TASS-a istinadla xəbər verir ki, helikopterin göyərtəsində 13 turist və üç ekipaj üzvü olub.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, avqust 12-də Moskva vaxtı ilə saat 00:50-də Kronotski qoruğunun Kuril gölü ərazisinə sərt eniş edən helikopter “Vityaz-Aero” şirkətinə məxsus olub.

 

Qəzadan zərərçəkənlərə kömək üçün Kamçatkada axtarış-xilasetmə işlərinə 45 canlı qüvvə və 8 texnika cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal