Türkiyənin Kastamonu, Bartın və Sinop vilayətlərində şiddətli yağışların səbəb olduğu sel nəticəsində iki nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb. Həmin şəxsin axtarışları davam edir.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyənin aidiyyəti qurumları fəsadların aradan qaldırıması istiqamətində çalışırlar.
Humay İsgəndərova