Modern.az

Rusiyanın erməni səfirinin paylaşımı İranı HİDDƏTLƏNDİRDİ

Rusiyanın erməni səfirinin paylaşımı İranı HİDDƏTLƏNDİRDİ

12 Avqust 2021, 11:34

Rusiyanın İrandakı səfiri Levan Caqaryanin “Tvitter” paylaşımı böyük qalmaqal yaradıb. 

 

Modern.az xəbər verir ki, Caqaryan Böyük Britaniyanın ölkədəki səfiri ilə 1943-cü il Tehran konfransının keçirildiyi ərazidə foto çəkdirib. Səfir şəkillə İkinci Dünya Müharibəsinin, həmçinin, İranın taleyini müəyyənləşdirən Stalin, Ruzvelt və Çerçil görüşünə eyham vurub.

 

Foto iranlıların, o cümlədən, xarici işlər naziri Cavad Zərifin narazılığına səbəb olub.

 

“Bu gün çox yersiz bir şəkil gördüm. İran xalqı taleyinin xarici səfirliklərin, yaxud ölkələrin əlində olmadığını nümayiş etdirib”,- deyə Zərif məsələyə reaksiya verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI