Modern.az

Tovuzda dağlıq ərazidə yanğın başlayıb

Tovuzda dağlıq ərazidə yanğın başlayıb

12 Avqust 2021, 11:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 2 ha sahədə kol-kos yanır.

 

Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər