Modern.az

Ermənistan işğalçılıq siyasətindən vaz keçdiyini rəsmən AÇIQLADI

Ermənistan işğalçılıq siyasətindən vaz keçdiyini rəsmən AÇIQLADI

12 Avqust 2021, 11:56

“Ermənistan ərazilər işğal etmək, yaxud aqressiv addımlar atmaq niyyətində deyil”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib.

 

O, ölkədə aparılan ordu islahatlarının yanlış təqdim olunduğunu və qonşu ölkələrə qarşı hər hansı hücum planının olmadığını iddia edib.

 

“Niyyətimiz suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasıdır. Ermənistanın strategiyası regionda sülh və stabillikdir. Düşmənçiliyin dərinləşməsi qəbuledilməzdir və bütün region üçün təhlükədir”,- deyə Paşinyan əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal