Modern.az

Lalə Şövkətin partiyası: “Ermənistanın siyasi qüvvələri ilə birgə görüşmək lazımdır”

Lalə Şövkətin partiyası: “Ermənistanın  siyasi qüvvələri ilə birgə görüşmək lazımdır”

24 Oktyabr 2012, 12:34

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Müsavat başqanı İsa Qəmbərin Gürcüstanda Cənubi Qafqaz ölkələrinin siyasi partiya rəhbərləri ilə keçiriləcək görüşünə münasibət bildirib.

Ə.Temirxan Modern.az-a açıqlamasında Gürcüstan və Ermənistanın liberal yönümlü partiyalarının görüşündə nə üçün ALP-nin deyil, milliyətçi Müsavat Partiyasının  təmsil olunmasına aydınlıq gətirib. Partiya sədri bildirib ki, onlar bu görüşlərə dəvət olunmasalarda İsa Qəmbərin iştirakına normal yanaşırlar.

“Bu görüşlərdə Müsavat Partiyasının təmsil olunmasına normal yanaşıram. Hesab edirəm ki, bu kimi görüşlər Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Ermənistan düşmən ölkə olsa da, torpağımızı işğal etsə də, onun siyasi qüvvələri ilə birgə görüşmək lazımdır. Biz görüşlərdə iştirak etməsək də, Azərbaycanın maraqlarını belə də müdafiə edirik. Mən sadəcə olaraq kiməsə göstəriş, məsləhət vermək istəmirəm. Sadəcə istərdim ki, bütün siyasi partiyalar simmetrik statusu gündəmə gətirsinlər. Bu baxımdan görüşdə bizim yox,  Müsavat partiyasının dəvət olunmasına və iştirakına müsbət baxırıq”, - deyə ALP sədri münasibət bildirib.

Qeyd edək ki, oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə üç Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan  və Gürcüstanın liberal siyasi partiya rəhbərlərinin görüşü olacaq. Bu görüşdə Azərbaycanı Müsavat başqanı İsa Qəmbər, Ermənistanı Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstanın “Respublikaçılar” Partiyasının rəhbəri, parlamentin yeni sədri David Usupaşvili təmsil edəcək.

Görüşdə Cənubi Qafqazdakı siyasi vəziyyət və ondan çıxış yollarının müzakirə olunacağı gözlənilir. Görüşün sonunda birgə bəyanat imzalanacaq.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi