Modern.az

Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB

Türkiyədə sel nəticəsində ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB

Dünya

12 Avqust 2021, 22:31

Türkiyənin şimal rayonlarında sel fəlakətindən ölənlərin sayı 17 nəfərə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, Kastamonu vilayətində 15, Sinopda isə 2 nəfər sel fəlakətini qurbanı olub.

 

Bartında itkin düşən bir nəfərin axtarışları davam edir.

***

19:31

 

Türkiyənin Kastamonu vilayətində güclü yağışlar nəticəsində başlayan sel fəlakətində həlak olanların sayı 10-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat verib.

 

Bildirilir ki, Sinopda daha bir nəfər həyatını itirib, Bartın vilayətində isə bir nəfərin axtarışları davam edir.

 

Telekanal qeyd edib ki, üç vilayətdə ümumilikdə 1307 nəfər təxliyyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu