Kanadanın Baş naziri Castin Trüdo sentyabrın 20-də parlamentə növbədənkənar seçkilər keçirməyi planlaşdıır.
Modern.az xəbər verir ki, bu barədə Kanada hökumətinin adı açıqlanmayan rəsmiləri “Reuters” agentliyinə bildirib.
Trüdo hökumətin COVID-19-la mübarizə üçün bahalı planlarına seçicilərin razılığını almaq istəyir.
O, seçkilərlə bağlı açıqlamanı bazar günü verə bilər.