Modern.az

Sabir Rüstəmxanlı “oliqarxların ittifaqı”na normal yanaşır

Sabir Rüstəmxanlı “oliqarxların ittifaqı”na normal yanaşır

24 Oktyabr 2012, 14:27

“Hansı tərkibdə, vəzifədə və niyyətdə olmasından asılı olmayaraq, harada azərbaycanlılar bir araya gəlirsə, ona sevinirəm”. Bunu Modern.az-a açıqlamasında DAK sədri, deputat Sabir Rüstəmxanlı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaranması məsələsinə münasibət bildirərkən deyib.

“Çünki bizim adamların bir araya gəlməsi son dərəcə çətindir. Oliqarxlar, imkanlı adamlar bu mənada Azərbaycanın ümumi mənafeyi naminə bir araya gələ bilirlərsə, bu çox böyük bir hadisədir. Buna ancaq sevinmək lazımdır. Bu mənada Moskvada yaranan İttifaqa normal baxıram. Amma onun kimin və hansı niyyətlə, məqsədlə yaratması tamam başqa məsələdir. Güman edirəm ki, bu məsələdə mətbuatda gedən məlumatlarda, təhlillərdə, yazılarda tam həqiqətə uyğun olmayan yanaşmalar var. Onun üçündə çox baxmıram. Sadəcə olaraq indi bir birlik yaranıb və gələcəkdə hansı addımlar atılacaq, hansı işlər görüləcək, ona sonra baxarıq”, –deyə S. Rüstəmxanlı vurğulayıb.

Anar Kəlbiyev
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi