Suriya Prezidenti Bəşər Əsəd uzun sürən danışırlardan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) atəşkəs çağırışını qəbul etdi. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, BMT-nin müraciətində ölkədaxili qanlı çəkişmələrdə günahsız insanların öldürülməsindən təsirlənən Bəşər Əsəd Qurban bayramı günlərində Suriyada müharibə olmayacağını bəyan edib. Əsəd rejiminin açıqlamasında bildirilib ki, atəşkəs bayram günlərinə şamil ediləcək.
Qeyd edək ki, BMT Suriyada baş verən vətəndaş müharibəsinin dayandırılması ilə bağlı bir neçə dəfə rəsmi Dəməşqə müraciət ünvanlayıb.
Modern.az