Modern.az

Danimarka və Norveç Kabili tərk edir

Danimarka və Norveç Kabili tərk edir

Dünya

13 Avqust 2021, 19:33

Danimarka və Norveç Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən səfirliklərini müvəqqəti bağlayıb və işçilərini təxliyə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə ölkələrin Xarici İşlər nazirliklərinin nümayəndələri məlumat verib.

 

Norveçdən olan hərbçilər Kabildəki səhra xəstəxanasında qalırlar.

 

Norveç XİN-in rəsmisi Eirik Kristoffersen bildirib ki, “Taliban” qiyamçıları hər gün yeni əraziləri ələ keçirir, bu narahatvericidir.

 

Danimarkanın Xarici İşlər naziri Yeppe Kufud isə bildirib ki, Əfqanıstandakı danimarkalılar dərhal ölkəni tərk etməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu