Modern.az

Türkiyədə sel nəticəsində ölənlərin sayı 38-ə çatdı

Türkiyədə sel nəticəsində ölənlərin sayı 38-ə çatdı

Dünya

13 Avqust 2021, 22:54

Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünü social mediadakı səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.

 

Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan 56 xəstə Sinop şəhər xəstəxanasına köçürülüb.

 

***

19:51

 

Türkiyədə sel fəlakəti nəticəsində daha 4 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Bildirilir ki, bununla da həyatını itirənlərin sayı 31-ə çatıb. Onlardan 29-u Kastamonu, ikisi isə Sinopda həlak olub.

 

Bartında isə bir nəfər itkin düşüb. Axtarışlar davam edir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu