Modern.az

“Taliban” peyvəndləməni qadağan edib

“Taliban” peyvəndləməni qadağan edib

Dünya

13 Avqust 2021, 21:00

“Taliban” qiyamçıları Əfqanıstanın şərqində yerləşən Paktiya vilayətində nəzarəti ələ aldıqdan sonra koronavirusa qarşı peyvənd vurdurmağı qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin səhiyyə rəsmisi Vilayət Xan Əhmədzay məlumat verib.

 

O bildirib ki, “Taliban” vilayəti ələ keçirəndən sonra xəstəxanada peyvəndlənmə prosesi dayandırılıb.

 

Qeyd olunur ki, vaksinasiya şöbəsi bağlanıb, sakinlərə isə peyvəndin qadağan olunduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu