Modern.az

BMT “Taliban”ı hücumları dayandırmağa çağırdı

BMT “Taliban”ı hücumları dayandırmağa çağırdı

Dünya

13 Avqust 2021, 23:10

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “Taliban” qiyamçılarını Əfqanıstanda hücumları dayandırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

“Taliban qruplaşmasını təcili olaraq hücumları dayandırmağa, Əfqanıstan və xalqının maraqları naminə danışıqlar aparmağa çağırıram”, -deyə o qeyd edib.

 

Quterreş bildirib ki, Qətərin Doha şəhərində hökumət və “Taliban” nümayəndələri arasında münaqişənin həll edilməsi üçün danışıqların bərpa ediləcəyinə ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu