ABŞ diplomatlar başda olmaqla amerikalı mülki işçilərinin Əfqanıstandan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün paytaxt Kabil şəhərində yerləşən hava limanında müvəqqəti olaraq 3 min hərbi qulluqçu yerləşdirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibi Con Kirbi məlumat verib.
O qeyd edib ki, qoşunların böyük hissəsi həftənin sonuna qədər Əfqanıstana yerləşdiriləcək.
Kirbi “Taliban”ın hələ də Kabulu birbaşa təhdid etmədiyini, ancaq onu təcrid etməyə çalışdıqlarını qeyd edib.