“Taliban” hərəkatı Əfqanıstanın 34 əyalətindən 18-nə nəzarəti tam ələ keçirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün taliblər Loqar, Zabul, Uruzqan əyalətlərini, həmçinin Puli-Alem, Kalat və Trinkit şəhərlərini öz nəzarətinə alıb.
Bundan əlavə, silahlılar Baqdis, Qur və Qilmənd əyalətlərinə, eləcə də Qəzni şəhərində daxil olublar.
Məlumata görə, taliblər ələ keçirdikləri ərazilərdəki həbsxanalarda saxlanılan cinayətkarları azadlığa buraxır.
Əfqanıstan insan hüquqları üzrə Komissiyasından isə bildirilib ki, son bir ayda taliblər 1000-dən çox dinc sakini qətlə yetirib, 1 milyondan artıq sakin öz evlərini tərk edib. Hazırda 18 milyon əfqanın humanitar yardıma ehtiyacı var.