ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, neft qaçaqmalçılığında ittiham olunan bir hüquqi şəxs, 4 şirkət və bir neft daşıyan tankerə qarşı sanksiyalar tətbiq olunub.
Məlumata görə, adı sanksiyalar siyahısına düşən hüquqi şəxs Oman vətəndaşı Mahmud Rəşid əl-Hasib və onun rəhbərlik etdiyi şirkətlərdir.
İş adamının şirkətləri İran İslam İnqilabının Keşikçiləri Korpusu ilə əməkdaşlıqda ittiham olunur. Bildirilib ki, həmin şirkətlər İran neftini qaçaqmalçılıq yolu ilə dünya bazarına çıxarır.