Modern.az

İranda daha 466 nəfər koronavirusdan öldü  

İranda daha 466 nəfər koronavirusdan öldü  

14 Avqust 2021, 16:07

İranda son sutka ərzində 466 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bununla da İranda bu virusdan ölənlərin sayı 97 208 nəfərə yüksəlib.

 

İranda ötən sutka 29 700 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə virusa yoluxanların sayı 4 389 085 nəfərə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal