Modern.az

Eldar İbrahimov: “Çox güman ki, seçkiləri yenə Regionlar Partiyası udacaq”

Eldar İbrahimov: “Çox güman ki, seçkiləri yenə Regionlar Partiyası udacaq”

24 Oktyabr 2012, 17:16

Millət vəkilləri bazar günü Ukraynada keçiriləcək parlament seçkilərini izləyəcəklər

“Biz bu yaxınlarda Belarusda parlament seçkilərini izlədik,  indi isə bir qrup millət vəkili ayın 27-də  Ukraynaya parlament seçkilərini müşahidə etmək üçün gedirik”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri  Eldar İbrahimov dilə gətirib.

“Mən həm Azərbaycan-Ukrayna parlamentlərarası Dostluq  Qrupunun rəhbəri, həm də ATƏT PA-nın üzvü kimi seçkiləri izləmək üçük Ukraynaya gedirəm, eyni zamanda, ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü, həmkarım Azay  Quliyev də seçkiləri izləmək üçün Ukraynaya gedəcək”- deyən E.İbrahimovun sözlərinə görə,  MDB Parlament Assambleyasının (PA)  xətt ilə isə birinci vitse-spiker Ziyafət Əsgərovun  rəhbərlik etdiyi nümayəndə heyəti- millət vəkili Siyavuş Novruzov və başqa bir neçə şəxs Ukraynadakı seçkiləri  müşahidə etmək üçün bu ölkəyə səfər edəcək.

Millət vəkili hesab edir ki, Belarusda olduğu kimi, Ukraynada da bu seçkilər  çox güman sakit, rahat keçəcək, insanlar gəlib öz səsini istədikləri namizədlərə verəcək:  “Kimi deputat seçəcəklər, o, Ukrayna xalqının öz işidir, onların istəyidir ,kimi deputat görmək istəyirlər, hansı partiyaya daha çox səs vermək istəyirlər, onların öz işləridir”.

Bununla yanaşı, E.İbrahimov qeyd edib ki, onun qənaətincə, Ukrayna prezidenti Viktor Yanukoviçin lider olduğu Regionlar Partiyası budəfəki  parlament seçkilərində də  qalib gələcək:  “Şəxsən mən yüzdəyüz bu, qənaətdəyəm. Çünki  iki dəfə - elə bu yaxınlarda da- həmin partiyanın qurultayında olmuşam, orada olan ab-havanı ki, görürəm, bəli, o partiyanın seçkilərdə birinci olmasına heç bir şəkk-şübhə yoxdur. Hətta, Yuşenko prezident , Timoşenko baş nazir olanda da yenə Yanukoviçin partiyası qalib gəldi, birinci yerə çıxdı. Onlar isə  ikinci, üçüncü yerə çıxdılar. Yəni, bu partiyanın potensialı çox böyükdür”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi