Modern.az

Sumqayıtda bir nəfər dənizdə batıb

Sumqayıtda bir nəfər dənizdə batıb

14 Avqust 2021, 18:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər