Türkiyədə baş verən sel nəticəsində ölənlərin sayı 64-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Onlardan 64–ü Kastamonuda, 9-u Sinopda, 1-I Bartında həyatını itirib.
Sel nəticəsində itkin düşən 77 nəfərin axtarışları davam etdirilir.
***
19:34
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 62 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Kastamonuda 52, Sinopta 9, Bartında isə bir nəfər həyatını itirib. Sel fəlakətində itkin düşən 77 nəfərin axtarışları davam etdirilir.
***
22:42
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 55 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonu vilayətində 46, Sinopda 8, Bartında bir nəfər sel fəlakətinin qurbanı olub.
***
20:05
Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, faciə qurbanlarının sayı 51 nəfərə çatıb.
Məlumata görə, Kastamonuda 43, Sinopda 7, Bartında 1 nəfər həlak olub.