Prezident İlham Əliyev Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, iki yüz min nəfərə yaxın əhalinin yaşadığı Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı, Buzovna, Bilgəh qəsəbələrini Bakı şəhəri ilə birbaşa birləşdirən Zabrat – Maştağa – Buzovna və Zabrat – Kürdəxanı – Pirşağı avtomobil yollarının I texniki dərəcəli standartlara uyğun yenidən qurulması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 5,0 (beş) milyon manat ayrılıb.