Modern.az

Dünya çempionu öldü

Dünya çempionu öldü

Dünya

15 Avqust 2021, 17:25

Futbol üzrə dünya və Avropa çempionu, ən yaxşı bombardirlərdən hesab edilən almaniyalı futbolçu Herd Müller vəfat edib.

 

Modern.az bildirir ki, bu barədə "Bayern Münhen" in mətbuat xidməti "Twitter" səhifəsində yazıb.

 

O, 3 noyabr 1945 -ci ildə Almaniyanın Nördlingen şəhərində anadan olub. 76 yaşında dünyasını dəyişib. Herd Müllerin nədən öldüyü bəlli deyil.

 

Futbolçu Qızıl top və 2 dəfə Qızıl buts laureatı olub.

 

Qeyd edək ki, 2015-ci ildə futbolçuda altsqeymer xəstəliyi aşkarlanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu