Fransa prezidenti Emmanuel Makron ölkənin Müdafiə Şurasının növbədənkənar iclasını çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
İclasın videokonfrans formatında keçiriləcəyi gözlənilir.
Bundan əvvəl Yelisey Sarayındakı mənbə yerli KİV-lərə bildirmişdi ki, Makron Əfqanıstandakı vəziyyəti yaxından izləyir.
Fransa Xarici İşlər Nazirliyi səfirlik işçilərinin hava limanına köçürüldüyünü, fransız diplomatlar və hərbçilərlə işləyən fransız və əfqanların təxliyəsinin təşkili üzərində işlərini davam etdirəcəklərini bildirib.