ABŞ və Cənubi Koreya avqustun 16-da illik birgə hərbi təlimlərə başlayacaq.
Modern.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb.
Şimali Koreyanın təhdidlərinə baxmayaraq, hərbi təlimlər doqquz gün davam edəcək. Təlimə nəzərdə tutulandan daha az hərbi qulluqçu qoşulacaq.
Qeyd edək ki, Şimali Koreya təlimin Koreyalararası danışıqlara təhlükə olması barədə əvvəlcədən xəbərdarlıq edib. Pxenyan və Seul təxminən 14 aylıq fasilədən sonra keçən ayın sonlarında qaynar xətlər vasitəsilə birbaşa əlaqəni bərpa edib.