Yaponiyada güclü yağışlar bir sıra fəsadlar törədib.
Modern.az xəbər verir ki, ölkənin cənub-qərbi və mərkəzi hissələrində leysan yağışlar nəticəsində altı nəfər ölüb, 4 nəfər xəsarət alıb, daha dörd nəfər isə itkin düşüb.
Artıq bir neçə gündür Yaponiyada şiddətli yağışlar davam edir. Ölkənin cənub-qərbindəki bəzi bölgələrdə son üç gündə 700-1000 mm arasında yağıntı düşüb ki, bu da avqust ayının ortalama normasından 3 dəfə çoxdur. Yağışlar çay və su anbarlarında suyun səviyyəsinin kritik həddə yüksəlməsinə səbəb olub.